Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Hazırda oxunan: Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

622515

Bir qrup tarix müəllimi 24 iyun tarixində keçirilən sertifikasiya imtahanından narazıdır.

Bizim.Media xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən müəllimlərin bildirdiyinə görə, imtahanda tətbiq olunan suallar qəliz olmaqla yanaşı, həm də bir neçəsi səhvdir. Tarixçi müəllimlər qeyd ediblər ki, bəzi sualların doğru qəbul edilən yalnış cavabları ilə bağlı etirazları var.

Onlar bildiriblər ki, təxminən 60-a yaxın müəllimin xüsusən əcnəbi şagird mövzusunda olan suala verdikləri cavab düzgün olduğu halda səhv qəbul edilib.
 

Müəllimlər imtahana hazırlaşmaq üçün xüsusi vəsaitin olmamasından da gileyləniblər. Məsələ ilə bağlı təhsil intstitunun direktoru Elnur Əliyev “Xəzər Xəbərə bildirib ki, az da olsa suallarda səhvlik olma ehtimalı var.


Elnur Əliyev əlavə edib ki, hazırda bu suallarla bağlı nazirliyə rəsmi müraciət ünvanlanmadığından sözügedən suallar yenidən təhlil edilməyib. Lakin, suaların səhv olduğunu düşünən müəllimlər apelyasiya verə bilərlər. Bu halda suallar yenidən araşdırılıb onlara cavab veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin