İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində İncəsənət Məktəbinin yeni istifadəyə verilən binası ilə tanış olub.
Bizim.Media xəbər verir ki, Leyla Əliyevaya İncəsənət Məktəbi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 1938-ci ildə tikilən bina ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa edilib.
İki korpusdan ibarət təhsil müəssisəsi 430 şagird yerlikdir. Məktəb zəruri mebel və avadanlıqlar, həmçinin əyani vəsaitlərlə təchiz edilib.
Burada musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, yeməkxana müəllim və uşaqların istifadəsinə verilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.












Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 01.07.2026
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində - FOTO
Hazırda oxunan: Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində - FOTO
Hazırda oxunan: Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində - FOTO
622566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































