Əhalinin rifahının artım tempinə görə Rusiya dünyada ilk sıralarda yer aldı

Hazırda oxunan: Əhalinin rifahının artım tempinə görə Rusiya dünyada ilk sıralarda yer aldı

622591

Rusiya əhalinin rifahının artım tempinə görə dünya liderləri sırasına daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçrənin "UBS" bankının qlobal sərvət hesabatında ("Global Wealth Report") qeyd olunub.

Məlumata görə, 2020–2025-ci illər ərzində Rusiyada hər bir ölkə sakininə düşən rifah göstəricisi 37% artıb ki, bu da ölkəyə qlobal reytinqdə ikinci pillədə qərarlaşmaq imkanı verib.

Sözügedən beşillik dövrdə adambaşına düşən sərvətin artım tempinə görə reytinqə 55% göstərici ilə Cənubi Koreya liderlik edir. İlk üçlüyü isə 29% artımla Xorvatiya qapayır.

Reytinqin son sıralarında (anti-liderlər) isə əhalisinin rifah halı 23,2% geriləyən Böyük Britaniya yer alıb. Bundan əlavə, niderlandlıların (14,4%) və fransızların (4,5%) da gəlirlərində hiss olunacaq dərəcədə azalma qeydə alınıb. İtaliya isə sözügedən beş illik dövrdə əhalisinin rifah halı demək olar ki, dəyişməz qalan yeganə ölkə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin