Nə sükan var, nə pedal: Tesla gələcəyin avtomobilini yola çıxardı – Video

Hazırda oxunan: Nə sükan var, nə pedal: Tesla gələcəyin avtomobilini yola çıxardı – Video

622537

Tesla ilk seriyalı Cybercab avtomobillərinin ABŞ-nin Texas ştatının Ostin şəhərində ümumi istifadədə olan yollarda sınaqlarına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask məlumat verib.

Onun sözlərinə görə, sınaqlara çıxarılan "Cybercab" modelinin əsas xüsusiyyəti avtomobildə sükan və pedalların ümumiyyətlə olmamasıdır. Model tam avtonom idarəetmə prinsipi əsasında hazırlanıb və gələcəkdə robotaksi xidməti üçün nəzərdə tutulur. Hazırda avtomobillər Ostinin ümumi istifadədə olan yollarında mühəndislik sınaqlarından keçirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin