Sürücülük təlimçilərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Sürücülük təlimçilərinin sertifikatlaşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

622436

Son dövrlərdə sürücülük üzrə təlimçilərin sayı kifayət qədər artıb. Demək olar ki, hər gün bir neçə dəfə yollarda üzərinə “təlim avtomobili” yazılmış maşınlara rast gəlirik.

Üstəlik, əvvəlki illərdə sürücülüyə yeni başlayanlar ailə üzvlərinin, yaxınlarının dəstəyinə daha çox baş vururdu. İndi isə bu rol əksər hallarda təlimçilərə verilir.

Bəs, Azərbaycanda sürücülük təlimçiləri üçün hansı tələblər mövcuddur? Onların fəaliyyətinə necə nəzarət edilir?

Təəssüflər olsun ki, bir sıra hallarda təlimçilərin özlərinin də peşəkarlığı ilə bağlı problemlər gündəmə gəlir. Bunun nəticəsidir ki, son günlər bəzi ekspertlər tərəfindən sürücülük təlimçilərinin sertifikatlaşdırılması təklif olunub.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, o da sürücülük təlimçilərinin sertifikatlaşdırılmasının tərəfdarıdır:

“Bu çox yaxşı addım olardı. Çünki bu gün biz çoxlu sayda sürücülük təlimçilərini görürük. Amma onların hansı proqram əsasında, hansı sertifikat əsasında təlim keçməsindən xəbərimiz yoxdur.

Təlimçilərlə bağlı yeni qaydanın tətbiqi, əlbəttə ki, yol hərəkəti təhlükəsizliyinə müsbət təsir edəcək. Sosial şəbəkələrdə tez-tez müşahidə edirik ki, bəzi təlimçilər öz səhifələrində hətta yol hərəkəti qaydalarını əks etdirməyən, yanlış məlumatlar paylaşırlar”.

Təlimçilər sertifikasiyaya cəlb olunacaq?

Məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya bildirilib ki, sürücülük təlimçiləri ilə bağlı tələblər “Yol Hərəkəti haqqında” qanunun 78-ci maddəsində öz əksini tapıb:

“Həmin maddənin birinci bəndinə əsasən nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir.

II bənd. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir.

III bənd. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habeləmüvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqəolmalıdır.

IV bənd. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi “Təlim nəqliyyat vasitəsi” tanınma nişanıilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır.

V bənd. Siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi qadağandır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin