Ankara Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətləri obyektiv meyarlar əsasında və ayrı-seçkilik yanaşmalarından uzaq şəkildə inkişaf etdirəcəyini gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və avrokomissarlarla keçirdiyi danışıqlardan sonra bəyan edib.
"Bu gün ölkəmizdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Kaya Kallası, genişlənmə üzrə avrokomissar Marta Kosu və daxili işlər və miqrasiya üzrə avrokomissar Maqnus Brunneru qəbul etdik. Aİ-yə üzvlük ölkəmiz üçün strateji hədəf olaraq qalır. Biz Aİ ilə münasibətlərimizi bu anlayış əsasında inkişaf etdirməyə hazırıq. Eyni zamanda Aİ-dən də Türkiyə ilə əlaqələri obyektiv meyarlar və layiqli töhfələr əsasında, hər hansı bir ayrı-seçkilik olmadan irəliyə aparmasını gözləyirik", — deyə Fidan rəsmi "X" hesabında qeyd edib.
Nazir ümidvar olduğunu bildirib ki, Avropa Komissiyasının üç mühüm üzvünün bu birgə səfəri Türkiyə-Aİ münasibətlərinin arzu olunan səviyyəyə çatdırılması yolunda əhəmiyyətli bir addım olacaq.
Keçirilən görüşlər çərçivəsində tərəflər cari regional və qlobal problemləri, ilk növbədə Yaxın Şərqdəki mövcud vəziyyəti və Rusiya-Ukrayna münaqişəsini dəyərləndiriblər.
Bizim.Media

- A-
- A
- A+
Region
09:21 / 01.07.2026
Hakan Fidan: Türkiyə Aİ-dən obyektiv münasibət gözləyir
Hazırda oxunan: Hakan Fidan: Türkiyə Aİ-dən obyektiv münasibət gözləyir
Hazırda oxunan: Hakan Fidan: Türkiyə Aİ-dən obyektiv münasibət gözləyir
622552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































