Ermənistanın “Lragir.am” nəşri: “Moskva Azərbaycanın kapitulyasiyasının qarşısını almaqla tanındı”
Moderator.az Ermənistanın “Lragir.am” nəşrinə istinadən tanınmış rusiyalı ekspert Stanislav Tarasovun Qarabağ müharibəsində müvəqqəti sazişin bağlanmasının 20 illiyi ilə əlaqədar yazdığı məqaləsini təqdim edir:
“Azərbaycan 1993-1994-cü ilin qışını Qarabağ cəbhəsinin bütün istiqamətlərində genişmiqyaslı hücumla qarşılayanda, Avropa strukturları və ABŞ yox, məhz MDB-nin Parlamentlərarası Assembleyası erməni qoşunlarının Kür rayonuna çıxmasının və Azərbaycan dövlətçilyinin saxlanılmasının sual altında qalmasının qarşısını aldı”.
“Lragir.am” nəşri yazır ki, bu, mütləq həqiqətdir, lakin ekspert bəzi şərtləri unudur: “ Birincisi, tərəfləri müharibəyə ABŞ və Avropa deyil, Qarabağ məsələsini birdəfəlik bağlamağa çalışan Rusiya təhrik etmişdi. 1990-cı illərin əvvəllərində Rusiya yüzdən çox kəndi və minlərlə insanı deportasiya edərək Qarabağ ermənilərinə qarşı iki cəza əməliyyatı həyata keçirdi.
Qarabağlılar başa düşdülər ki, Xankəndidən hərbi hissələrin çıxarılması və silaha sarılıb müqavimət göstərməklə nəyə xidmət edirlər. Bundan sonra erməni tərəfi Rusiya Azərbaycanı xilas edənə qədər qələbə ardınca qələbə qazanmağa başladı.
Barışığa az qalmış həyata keçirilən əməliyyatlar ermənilər kimi azərbaycanlılar üçün də əsl “ətçəkən maşın” rolunu oynadı. Xüsusilə, Horadiz stansiyasında müharibə üzrə ən böyük insan kütləsi həlak oldu. Həmin vaxt ermənilərin təntənəli zəfər yürüşünü dayandırmaq və eyni zamanda azərbaycanlıları müharibəni dayandırmaq lazım olduğuna inandırmaq üçün Rusiya kəşfiyyatı Heydər Əliyevlə birlikdə bu qırğını təşkil etdi.
Yeri gəlmişkən, Rusiya kəşfiyyatı Ermənistandakı gücü ilə birlikdə erməni bölmələrində vahimə yaratmağa çalışırdı. Pıçıltılar gəzirdi ki, Əliyev ermənilərdən torpaqları almaq üçün ruslarla razılaşıb. Bu fənd demək olar ki, başlanğıc mərhələdə hərəkətə təsir etdi.
Qarabağ Rusiyanın boğazında sümük oldu və Rusiya heç vaxt Qarabağın qələbəsini bağışlamayacaq. Çünki bu qələbə icazəsiz və Moskvanın iradəsi əleyhinə qazanılmışdı. Bağışlanılmaq isə cah-cəlal olardı, çünki ermənilər başa düşərdilər ki, onlar Rusiyasız daha güclüdürlər və qələbə qazana bilərlər, Ermənistan Rusiya ilə hər zaman itkilərə - həm insan, həm də ərazi itkisinə məhkumdur.
Vəziyyət hazırda demək olar ki, başlanğıc nöqtəyə dönüb. Belə ki, Rusiya Azərbaycana Qərbyönümlü kursdan imtina edib Rusiya təsir zonasına dönməyi təklif edir. Bu zonada xırda pula çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycanı açıq qucaqla gözləyirlər, kimlər üçün ki Bakı əsas silah istehlakçısıdır. Azərbaycanın isə kimin hesabına geri dönəcəyi məlum olacaq.
Tarasov məqaləsini məşhur rus aliminin kəlamını xatırlatmaqla qurtarır: “Tarix heç nəyi öyrətmir, lakin dərslərini bilməyənləri amansızcasına cəzalandırır”. Həqiqətən, ermənilərin yalnız Qarabağdan deyil, tarix dərslərindən də nəticə çıxarmaları lazımdır”.




































































































