ABŞ dövlət katibi Con Kerrinin Rusiya xarici işlər naziri Sergey Lavrovla sabah Londonda növbəti görüşü olacaq.
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, on bir saat davam edəcək görüşdə tərəflər Krımdakı vəziyyəti və problemin sülh yolu ilə həlli çıxış yollarını müzakirə edəcəklər.
Kerri bu görüşdə rusiyalı həmkarını Moskvanı Krımda növbəti hərbi təcavüzü hərəkətlərini atmaqdan çəkindirməyə çalışacaq.
Krımın Rusiyaya daxil olması ilə bağlı keçiriləcək referendumdan iki gün əvvəl keçiriləcək 11 saatlıq görüşü vadar edən əsas məqsəd problemin həlli yolu haqqında çoxsaylı variantların olmasıdır.





































































































