Yanukoviç şərq vilayətlərindəki tərəfdarlarını Kiyevə toplayır

Hazırda oxunan: Yanukoviç şərq vilayətlərindəki tərəfdarlarını Kiyevə toplayır

38233

Ukraynanın şərq vilayətlərində prezident Viktor Yanukoviçə dəstək məqsədilə insanların səfərbər olunaraq Kiyevə göndərilməsinə başlanıb. 


APA-nın “OstroV” saytına istinadən verdiyi məlumata görə, Donetsk şəhər Sovetinin katibi Sergey Boqaçev prezident Viktor Yanukoviçin kursuna dəstək vermək məqsədilə bu gün Kiyevə xüsusi qatar göndərəcəklərini deyib: “Bunlar tələbələr, mədən fəhlələri, müxtəlif müəssisələrin işçiləri və təqaüdçülərdir. Onların arasında mənim kiçik oğlum da var”.   
 
Hakimiyyətdəki Regionlar Partiyasının Donetsk vilayət təşkilatının sədr müavini İqor Çiçasov Kiyevə gedən insanları ərzaqla təmin edəcəklərini söyləyib. O, 19 vaqondan ibarət qatarın xərcini də vilayət təşkilatının ödədiyini açıqlayıb: “Bizim məlumatlarımıza əsasən Kiyevə 20 minə yaxın adam getməyə hazırlaşır”. 
 
Dnepropetrovsk vilayətindən isə büdcə təşkilatlarının 1000-ə yaxın işçisi paytaxta yola salınıb.
 
Bazar günü paytaxtda həm müxalifətin, həm də hakimiyyətin iri miqyaslı kütləvi aksiyası keçiriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin