Məmur uşaqlarının xaricdə oxuması qadağan edilir

Hazırda oxunan: Məmur uşaqlarının xaricdə oxuması qadağan edilir

158557
Rusiya Dumasında dövlət məmurlarının yetkinlik yaşına çatmayan uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi Rusiya Kommunist Partiyasından olan deputat Valeri Raşkin tərəfindən hazırlanıb. Sənədə əsasən, bu qadağa dövlət şirkətlərinin menecerlərinə də aid ediləcək. Qadağa həmçinin bir ildən çox müddətdə xaricdə çalışan rusiyalı məmurlara da şamil olunacaq.

Qeyd edək ki, Rusiya mətbuatı dövlət məmurlarının övladlarının kütləvi şəkildə xaricdən geri çağırıldığı haqqında informasiya yayıb. Kreml bu xəbərləri təkzib edib.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin