İspaniya xilasediciləri Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə çalışan və içərisində 44 miqrant olan iki qayıq tapıblar.
İçində miqrantlar olan qayıqları yaxınlıqdan keçən gəmi kapitanları görüb və bu haqda xilasedicilərə məlumat verib.
Axtarış əməliyyatına ölkənin cənub-şərqində bu gün səhər saatlarında başlanılıb. Qayığın birində 19, digərində isə 25 miqrant olub. Miqrantlardan xəsarət alanı olmayıb.(Musavat.com)
xa0





































































































