Nemtsovun qətli ilə bağlı yeni xəbər -15 milyona sifariş...

Hazırda oxunan: Nemtsovun qətli ilə bağlı yeni xəbər -15 milyona sifariş...

141628
Rusiya İstintaq Komitəsi müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı işi yekunlaşdırıb.
 
İstintaqın versiyasına görə, Ruslan Muxudinov Beslan Şavanova, Zaur Dadayevə, Şədid və Anzor Qubaşevlərə, Temirlan Əsgərxanova və Həmzət Baxayevə Nemtsovu öldürməyi təklif edib. Bunun müqabilində o, icraçılara ən azı 15 milyon rubl verəcəyini bildirib.
 
Nəticədə fevralin 27-də axşam saatlarında Dadayev Nemtsovu və onun rəfiqəsi Anna Duritskini izləyərək Böyük Moskvoretsk körpüsünün piyada keçidində siyasətçiyə azı 6 dəfə atəş açıb. Nemtsov aldığı güllə yarasından hadisə yerində keçinib. Sifariş icra olunduqdan sonra qatil hadisə yerindən uzaqlaşıb.
 
Qeyd edək ki, Nemtsov 2015-ci il fevralın 17-də öldürülüb. İndiyə qədər onun ölümündə təqsirləndirilərək Zaur Dadayev, Anzor Qubaşev, Şadid Qubaşev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov həbs edilib. (Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin