Moldovanın paytaxtı Kişinyovda keçirilən hökumət əleyhinə aksiyada qətnamə qəbul ediləndən sonra aksiyaçılar hökumət binasını mühasirəyə almaq barədə qərar qəbul ediblər.
xa0
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Ləyaqət və Həqiqət”x9d platformasının lideri Andrian Nestase deyib ki, hakimiyyət özünü təcrid edib, milyardlar oğurlayıb, xalq isə yoxsulluq içərisində yaşayır.
xa0
A. Nestase bildirib ki, artıq 1 ildir ki, aksiya keçirirlər, ancaq hakimiyyət onları eşitmir.
xa0
Aksiyaçılar növbədənkənar seçki və hakimiyyətin istefası ilə bağlı şüarlar səsləndirir, eyni zamanda ölkədəki Avropayönümlü partiyaların koalisiyasının arxasında durduğunu düşündükləri oliqarx Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Daha sonra aksiyaçılar hökumət binasını əhatəyə almağa qərar veriblər. Yüzlərlə polis hökumət binası ətrafında həlqə yaradıb, aksiyaçıların binaya yaxınlaşmasına Mane olmağa çalışırlar. Hələ ki, aksiyaçılar və polislər özlərini təmkinli aparır, hər hansı qarşıdurma qeydə alınmayıb.
xa0
Təşkilatçılar aksiyada 30 minə qədər, polis isə 10 minə qədər insanın iştirak etdiyini bildirir. Polis aksiya təşkilatçıların nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı və Kişinyova gəlmək istəyən insanların əhəmiyyətli qisminin qarşısının alındığı barədə ittiahmı da qəbul etmir. xa0Bununla belə, hazırda Kişinyovun mərkəzində hərəkət tamamilə dayandırılıb, marşrut avtobusları və trolleybuslar hərəkət etmir. Şəhərin bir rayonundan digərinə yalnız taksi ilə getmək mümkündür.xa0
***
saat 16.40
Bu gün Kişinyovda hökumət əleyhinə keçirilən aksiyada qətnamə xa0qəbul edilib.
xa0
APA-nın “RİA Novosti”x9d agentliyinə istinadən verdiyi məlumata görə, qətnamədə qeyd edilib ki, Moldova “əsir dövlətdir”x9d və dövlətə qaytarılmalı, ölkənin dövlət orqanları da müstəqil olmalıdır.
xa0
“Ləyaqət və Həqiqət”x9d platformasının lideri Andrey Nestase deyib ki, yeganə həll yolu növbədənkənar parlament, prezident seçkiləri və iyuldan gec olmayaraq referendum keçirilməsidir: “Biz təcili növbədənkənar parlament və prezident seçkilərinin tarixinin müəyyənləşdirilməsini tələb edirik”x9d.xa0
xa0
***
saat 15.06
xa0
Bu gün Moldovada sağ-mərkəzçi “Ləyaqət və Həqiqət”x9d platformasının bir neçə min tərəfdarı hökumət əleyhinə keçiriləcək aksiyada iştirak etmək üçün Kişinyovun mərkəzində toplaşıb.
xa0
APA-nın “RİA Novosti”x9d agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada xa0hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb ediləcək.
xa0
Paralel olaraq mitinq keçirilən meydanın yanında yerləşən Moldovanın əsas kilsəsində dini bayrama həsr edilən tədbir keçirilir.xa0




































































































