Bu gün Ukraynanı xilas edəcək şəxs yoxdur - Forbes

Hazırda oxunan: Bu gün Ukraynanı xilas edəcək şəxs yoxdur - Forbes

126349
Ukraynanı düşdüyü bu ağır iqtisadi vəziyyətdən çıxarmağa qadir şəxs yoxdur.

Moderator.az Forbes-ə istinadən xəbər verir ki, bəzi ekspertlərin fikrincə, maliyyə naziri Natalya Yaresko baş nazir olarsa, ölkə üzləşdiyi vəziyyətdən qurtula bilər. Ancaq Forbes jurnalı bunun əksini düşünür. 

“İndiki baş nazir Arseni Yasenyuk  hökuməti ölkəni elə bir vəziyyətə salıb ki, nə Yaresko, nə də digər hər hansı baş nazir postuna iddialı olan şəxs bu gün Ukraynanı üzləşdiyi bu ağır vəziyyətdən çıxarmağa qadir deyil.”x9d

Jurnalın yazdığına görə, Yaresko bu gün hökumətə rəhbərlik etmək üçün heç də pis namizəd deyil. O sərmayəçilərin etimadından  istifadə edib, ölkədə islahatlar apara bilər. Ancaq Yareskonun təkcə bu islahatları həyata keçirmək imkanı elə də böyük deyil. Belə ki, onun  ukraynalı oliqarxların maraqlarına qarşı hansısa struktur islahatları aparmağa qarantiyası yoxdur.

Jurnal onu da qeyd  edir ki, digər bir problem ondan ibarətdir ki, heç də bütün Ukrayna xalqı Yareskonun Avropa İttifaqı ilə münasibbətləri  tam yaxınlaşdıracağına əmin deyil. Ona görə də Qərbin  “köhnə müttəfiqini”x9d “yenisi”x9d ilə əvəzləməsi  bir nəticə verməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin