Ukrayna PUA-larının hücumu: Rusiyada növbəti neft bazası yanır – FOTO/VİDEO

Hazırda oxunan: Ukrayna PUA-larının hücumu: Rusiyada növbəti neft bazası yanır – FOTO/VİDEO

621456

Rusiyanın Krasnodar diyarında yerləşən neft bazalarından birində güclü yanğın baş verib. Hadisə Ukrayna tərəfindən həyata keçirilən kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Krasnoarmeysk rayonunun rəhbəri Aleksandr Xaritonov açıqlayıb.
 

Rayon rəhbərinin sözlərinə görə, hücum zamanı zərərsizləşdirilən PUA-ların qalıqlarının obyektin ərazisinə düşməsi nəticəsində "Poltavskaya" neft bazasında yanğın alovlanıb. Hazırda hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və təcili xidmət əməkdaşları cəlb olunub.


Kuban regional operativ qərargahından verilən ilkin məlumata görə, insident nəticəsində xəsarət alan və ya ölən olmayıb.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, ötən gecə ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus ümumilikdə 269 pilotsuz uçuş aparatı vurularaq zərərsizləşdirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin