Dünyanın yaşayan ən dahi fiziki hesab olunan fiziki əngəlli alim Stefan Hokinq yenidən bəşəri təhlükələr barəsindəki mesajlarına görə gündəmə gəlib.xa0
Moderator.az xəbər verir ki, BBC-nin təşkil etdiyi konfransda çıxış edən S.Hokinq bir neçə dəfə toxunduğu bəşəri təhlükənin get-gedə yaxınlaşdığını qeyd edib. Onun sözlərinə görə nüvə silahları, qlobal istiləşmə və kütləvi ölümə səbəb olan baterioloji virus silahları bəşəriyyətin sonunu yaxınlaşdırır. Kosmik aləm və paralel dünyalarla bağlı uzun illərdir xa0ki, araşdırma aparan alim dünyanın xilasını yalnız başqa planetlərdə kaloniyaların salınmasında görür:
“Elmi texnoloi inkişaf dünyanın sonunu yaxınlaşdırır. Yer kürəsi heç on min il də yaşamayacaq. Amma biz indidən ulduzlarla və paralel dünyalarda məskunlaşmaq haqqında düşünməliyik. Yalnız o aləmlərdə salınan kalonoiyalar bəşəriyyəti xilasd edə biləcək”x9d.
Elmin NURİ






































































































