İŞİD-ə qoşulmaq istəyən tələbə qız həbs olundu

Hazırda oxunan: İŞİD-ə qoşulmaq istəyən tələbə qız həbs olundu

103110

Moskvanın Lefortov rayon məhkəməsi Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin tələbəsi Varvara Karaulovanın həbs edilməsi haqqında qərar qəbul edib.

 

Moderator.az  “İnterfaks”x9d agentliyinə istinadən xəbər verir ki, bu barədə paytaxt məhkəməsinin mətbuat xidmətinin katibi Yuliya Skotnikova bildirilib. Məlumata görə, Karaulova terror təşkilatında iştiraka hazırlıqda şübhəli bilinir. Onun barəsində 1 ay 25 günlük həbs qətimkan tədbiri seçilib.

 

İstintaq zamanı məlum olub ki, o, Rusiyaya qayıtdıqdan sonra da “İslam dövləti”x9dnin üzvləri ilə əlaqələri kəsməyib. İstintaq orqanları onun hansı insanların sosial şəbəkələrdəki səhifələri vasitəsilə məktublaşdığını aydınlaşdırmağa çalışır.

 

Xatırladaq ki, Moskva Dövlət Universitetinin 19 yaşlı tələbəsi cari ilin 27 mayında universitetə getmək adı ilə evdən çıxıb və İstanbula uçub. Onun  atası hadisədən tez xəbər tutaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə İnterpolun Türkiyə bölməsinin əməkdaşları iyunun 4-də Türkiyə-Suriya sərhədini keçməyə cəhd edən Karaulovanı saxlayıb. Onunla birlikdə Rusiyanın 12 vətəndaşı sərhəddə saxlanılıb.

 

Varvara Karaulova iyunun 12-də Moskvaya qaytarılıb. İlkin araşdırmalardan sonra müstəntiqlər ona qarşı ayrı cinayət işinin qaldırılması barədə qərar qəbul ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin