Şərur rayonunun Mahmud kənd sakini Elmar Əhmədov çoxlu sayda silah-sursat tapıb.xa0
Moderator.az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Elmar Əhmədov tapdığı 7 ədəd xa0“AK-74”x9d markalı silahı, 11 ədəd patron darağını, 1 ədəd minamyot başlığını və 625 ədəd müxtəlif çaplı avtomat patronu könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.xa0































































































