“Korrupsiyaya qoşulan zabitlər cavab verəcək”x9d - Zakir Həsənov

Hazırda oxunan: “Korrupsiyaya qoşulan zabitlər cavab verəcək”x9d - Zakir Həsənov

90180
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Bu barədə AzVision.az - a E. Behbudov məlumat verib.xa0

O, görüşdə bir sıra ciddi məqamlara toxunduqlarını ifadə etdi: “Müavinimlə birlikdə hazırladığımız bütün sualları Zakir müəllim cavablandırdı. Biz qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbçilərimizlə bağlı apardığımız monitorinqlərdən söhbət açdıq. Əvvəlki illərlə müqayisədə belə halların sayı çox azalıb.xa0

Nazirə ordudakı həbslər və korrupsiya məsələləri ilə bağlı suallar da verdik. Zakir müəllim isə bildirdi ki, rütbəsindən, vəzifəsindən asılı olmayaraq korrupsiyaya qoşulmuş bütün zabitlər qanun qarşısında cavab verəcəklər. Onların orduda yeri yoxdur. Bu bizim dövlət başçımızın qarşımıza qoyuduğu ən önəmli vəzifədir”x9d.


Döyüş bölgəsində olan vəziyyətlə bağlı suala cavabında Zakir müəllim bildirdi ki, cəbhə xəttində tam üstünlük bizim əlimizdədir:

“Əsgərlərdə böyük ruh yüksəkliyi var. Erməni qorxu və təlaş içərisindədir. Nazir bildirdi ki, biz ermənilərin işğal etdikləri torpaqlarımızı çox qısa müddət ərzində azad edəcəyik. Zakir müəllimin özünün ruh yüksəkliyi çox əladır. O, əsgərlər üçün yeni kazarmaların tikildiyini də sözlərinə əlavə elədi”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin