Rusiyadan SENSASİON İDDİA – Avropa ölkələri Kalininqrada hücuma hazırlaşır

Hazırda oxunan: Rusiyadan SENSASİON İDDİA – Avropa ölkələri Kalininqrada hücuma hazırlaşır

608885

Avropa ölkələri Birləşmiş Ekspedisiya Qüvvələrinin (OES) keçirdiyi təlimlər çərçivəsində Kalininqrad vilayətinin dəniz blokadası və ələ keçirilməsi ssenarilərini məşq edir.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, OES himayəsi altında keçirilən təlimlərdə belə ssenarilər də nəzərdən keçirilir.

Qruşko qeyd edib ki, son illərdə Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizi zonasında operativ reaksiya üçün məsul olan Avropa hərbi qüvvələrinin fəallığı artmaqdadır.

O, həmçinin NATO-nun “Baltik keşikçisi” əməliyyatını xatırladıb. Bu əməliyyat Baltik dənizinin dibində enerji və kommunikasiya kabellərinin zədələnməsindən sonra başladılıb.
 

Rusiya XİN rəsmisi əməliyyatın əsas məqsədinin beynəlxalq nəqliyyat marşrutlarına nəzarəti gücləndirmək və Rusiyanın maraqlarına uyğun həyata keçirilən yükdaşımaları məhdudlaşdırmaq olduğunu iddia edib.


Qeyd edk ki, Birləşmiş Ekspedisiya Qüvvələrinə Şimali Avropanın 10 ölkəsi daxildir.

Böyük Britaniya ilə yanaşı, quruma Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, İsveç və Norveç daxildir. Koalisiya 2015-ci ildə böhranlara operativ reaksiya vermək, təhdidləri cilovlamaq və əsasən Baltik dənizi ilə Uzaq Şimal regionlarında əməliyyatlar aparmaq məqsədilə yaradılıb.

Bundan əvvəl Rusiyanın prezidentinin köməkçisi Nikolay Patruşev də NATO ölkələrinin Kalininqrad vilayətinin ələ keçirilməsi ssenarilərini məşq etdiyini bildirmişdi.

O, Rusiyanın bu regiona qarşı istənilən hərbi aqressiyaya “dərhal və sarsıdıcı” cavab verəcəyini vurğulamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin