“AtaSığorta” LƏĞV EDİLİR – Müştərilərin aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “AtaSığorta” LƏĞV EDİLİR – Müştərilərin aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

608710

Xəbər verdiyimiz kimi, “AtaSığorta” sığorta şirkətinin sığorta portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb. Bunun nəticəsində, "AtaSığorta" ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti" ASC-yə keçib.
 

MÖVZU İLƏ BAĞLI: 

“AtaSığorta” ləğv edilir – Portfeli bu şirkətə ÖTÜRÜLDÜ


Bəs “AtaSığorta”nın müştərilərinin aqibəti necə olacaq?

Məsələ ilə bağlı “AtaSığorta”nın sığorta portfelinin ötürüldüyü "Atəşgah Sığorta"ya sorğu ünvanladıq. Şirkətdən Bizim.Media-ya bildirildi ki, “AtaSığorta”nın müştəriləri hər hansı problemlə üzləşdiyi haqda “Atəşgah Sığorta”ya məlumat verə bilər:
 

“Aprelin 10-dan etibarən ləğv edilən şirkətin sığorta portfeli “Atəşgah Sığorta”ya ötürülüb. Bu müddətdə vətəndaşların müəyyən məsələlərlə bağlı əlbəttə müraciətləri qeydə alınıb və yardım göstərilib”.


Xatırladaq ki, ötən ilin sonuna "AtaSığorta" şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin