Azər Abbasova yüksək vəzifə verildi - FOTO

Hazırda oxunan: Azər Abbasova yüksək vəzifə verildi - FOTO

608880

Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasova həvalə edilib.

Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.

2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.

Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib. ("Yeni Sabah")


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin