ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruyub saxlayıb

Hazırda oxunan: ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruyub saxlayıb

608844

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, ABŞ və İsrailin zərbələrinə baxmayaraq, İran hərbi potensialının əhəmiyyətli hissəsini qoruyub saxlayıb.

Bu barədə informasiyanı CBS News amerikalı rəsmilərə istinadən yayıb. Məlumata görə, atəşkəs rejimi qüvvəyə minənədək İran ballistik raket arsenalının və onlara aid buraxılış sistemlərinin təxminən yarısını əlində saxlayırdı.

Bizim.Media xəbər verir ki, həmin qiymətləndirməyə əsasən, İranın Hərbi Dəniz Qüvvələri ciddi zərbələr alsa da, İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin təxminən 60 faizi toxunulmaz qalıb. Buraya Hörmüz boğazı bölgəsində istifadə olunan sürətli katerlər də daxildir.
 

Məlumatda qeyd olunur ki, İranın hərbi hava qüvvələri də tam sıradan çıxarılmayıb, ölkənin döyüş aviasiyasının təxminən üçdə ikisi hələ də istifadəyə yararlıdır. Digər mediada da İranın hava qüvvələrinin yarıdan çoxunun döyüş qabiliyyətini saxladığı vurğulanıb.


Bu rəqəmlər ABŞ rəhbərliyinin əvvəlki bəyanatları ilə tam üst-üstə düşmür. Daha əvvəl Prezident Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset İranın hərbi imkanlarının daha geniş miqyasda məhv edildiyini bildirmişdilər.

Daily Beast-in icmalında da qeyd olunur ki, CBS-in yaydığı bu qiymətləndirmə Ağ Evin əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edib.

Digər açıq mənbələrdə yer alan ABŞ qiymətləndirmələrində İranın müharibədən əvvəlki dron arsenalının təxminən 40 faizini və raket buraxılış sistemlərinin 60 faizdən çoxunu saxladığı da vurğulanır. Bu isə Tehranin zərbələrdən sonra belə ciddi hərbi çəkindiricilik imkanlarını qoruduğuna dair ümumi mənzərəni gücləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin