Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) sensasion hadisə baş verib.
Bizim.Media “manset.az”a istinadla xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib.
Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.
Onun soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib.
Orxan Qurbanovun özü də soyadını dəyişməsi ilə bağlı məlumatı təsdiqləyib:
“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm. Vüqar Qurbanovun isə qohumu deyiləm".
Lakin Orxan Qurbanov “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualını cavabsız qoyub.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:47 / 23.04.2026
Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO
Hazırda oxunan: Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO
Hazırda oxunan: Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO
608873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































