Tanınmış televiziya aparıcısı xərçəngə TUTULDU

Hazırda oxunan: Tanınmış televiziya aparıcısı xərçəngə TUTULDU

608855

Televiziya ekranlarının sevilən siması Serap Paköz süd vəzi xərçəngi diaqnozu aldığını açıqlayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı aparıcı bildirib ki, ona 11 mart tarixində diaqnoz qoyulub və 30 martdan etibarən kimyaterapiya müalicəsinə başlayıb.

Saçları tökülməyə başladığı üçün onları qırxdırdığı anları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Televiziya dünyasının tanınmış simalarından olan Paközün bu xəbəri pərəstişkarlarını narahat edib. Uzun illər səhər proqramları hazırlayıb təqdim edən aparıcı xəstəlik prosesi ilə bağlı səmimi paylaşım edib.

Paköz yaşadıqlarını sosial şəbəkədə “bərbər kreslosundan” paylaşdığı təsirli mesajla çatdırıb.

O bildirib ki, xəstəlik prosesi çox sürətlə inkişaf edib:

“Əziz dostlar, bir müddətdir səhnə arxasında böyük bir hazırlıq gedirdi və artıq bunu sizinlə paylaşmağın vaxtıdır. Təxminən bir ay əvvəl həyatımda ‘xərçəng’ sözü yer aldı, amma mən bunu son deyil, yeni ‘mən’ə aparan yolun başlanğıcı kimi qəbul etdim.

10 mart gecəsi sağlam bir qadın kimi yatdım, 11 martda isə ‘süd vəzi xərçəngi’ diaqnozu qoyulmuş bir qadın kimi oyandım. 30 martdan etibarən kimyaterapiya müalicəm davam edir və bu gün isə məşhur bərbər dayanacağındayam".

Kimyaterapiya səbəbilə saçları tökülməyə başlayan aparıcı onları qırxdırmağı itki deyil, azadlaşma kimi qiymətləndirib.

O, parikdən istifadə etmək əvəzinə bu prosesi olduğu kimi yaşamaq istədiyini də qeyd edib:

“Sarsıldım? Bəli. Amma təslim oldummu? Əsla! Bu videoda gördüyünüz sadəcə saç kəsimi deyil; bu, bir qəbul, bir azadlaşma və tamamilə yeni bir üslubun başlanğıcıdır. Bu yolu zərif şəkildə davam etdirəcəyəm. Parik arxasında gizlənmək əvəzinə bu prosesi bütün reallığı ilə qəbul edirəm. Həyatın hər fəslinə razıyam...”

Qeyd edək ki, 15 iyun 1965-ci ildə Ankarada doğulan Serap Paköz aparıcılıq karyerasına universitet illərində TRT imtahanlarından keçərək başlayıb. 1997-ci ildən etibarən özəl televiziya kanallarında fəaliyyət göstərən aparıcı Kanal D, ATV və Kanal 6 kimi kanallarda “Kadının Səsi”, “Sizin Sesiniz” və səhər xəbərləri kimi proqramlarla tanınıb. (ajans.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin