Belarus lazer silahı HAZIRLADI – “2 kilometrədək bütün dronları yandırır” – VİDEO

Hazırda oxunan: Belarus lazer silahı HAZIRLADI – “2 kilometrədək bütün dronları yandırır” – VİDEO

608857

“Belarusda pilotsuz uçuş aparatlarını iki kilometrədək məsafədə məhv edə bilən lazer hazırlanıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdəki DOSAAF Minsk aeroklubuna səfəri zamanı məlumat verib.

Dövlət başçısı qeyd edib ki, hazırda heç bir ölkə pilotsuz aparatlarla 100 faiz effektiv mübarizə apara bilmir. Bununla belə, dronlara qarşı müəyyən əks-tədbir sistemlərinin yaradılması vacibdir.
 

“Bizimkilər hansısa lazer ixtira ediblər, baxmaq istəyirəm. Kifayət qədər effektivdir, müdafiə naziri deyir ki, bir yarım-iki kilometr məsafədə pilotsuz aparatı yandırır”, – deyə Lukaşenko bildirib.


Prezident konkret olaraq hansı layihədən söhbət getdiyini və onun adını açıqlamayıb.

O, həmçinin qeyd edib ki, radioelektron mübarizə sistemlərini (REM) aşmağı öyrənən pilotsuz aparatlara qarşı mübarizə getdikcə çətinləşir.

Xatırladaq ki, hələ 2023-cü ildə Rusiya və Belarusdan olan üç şirkətin on kilometrlərlə məsafədə dronları məhv edə bilən lazer modulunun birgə hazırlanmasına başladığı bildirilirdi.

İki il müddətinə nəzərdə tutulan proqram çərçivəsində layihənin tamamlanaraq seriyalı istehsala hazır vəziyyətə gətirilməsi planlaşdırılırdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin