Bakıda daha bir məktəbdə OLAY: Şagird sinif yoldaşlarını ölümlə HƏDƏLƏDİ – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda daha bir məktəbdə OLAY: Şagird sinif yoldaşlarını ölümlə HƏDƏLƏDİ – RƏSMİ AÇIQLAMA

608864

Bakıda daha bir məktəbdə şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar yayılıb.

Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, iddialara əsasən, Bakı şəhəri 275 nömrəli tam orta məktəbin V sinif şagirdi hədələdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.

Məsələ ilə bağlı məktəbdən bildirilib ki, sözügedən şagird 5 “D” sinfinə yerdəyişmə ilə qəbul olunub, lakin daha sonra əvvəlki təhsil müəssisəsinə geri qaytarılıb.

“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq, davranışın tənzimlənməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması barədə valideynə məlumat verilib.

Bununla yanaşı, şagirdlə bağlı məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib”, – deyə açıqlamada qeyd olunub.

Məlumata görə, həmçinin Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik iş üzrə məsul şəxsləri valideyn və şagirdlərlə profilaktik söhbət aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin