Çexiya klubundan “Qarabağ”ın qapıçısına TƏKLİF

Hazırda oxunan: Çexiya klubundan “Qarabağ”ın qapıçısına TƏKLİF

608822

“Qarabağ”ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib.

Bizim.Media xəbər verir ki, 29 yaşlı futbolçu “Siqma”nın maraq dairəsindədir.

Çexiya yüksək liqasında mübarizə aparan klub Buntiçi heyətinə qatmağı planlaşdırır.

Lakin çexlərin təklif etdiyi maaş Buntiçi razı salmır. Əgər maliyyə şərtlərində razılıq əldə edilərsə, qolkiper Çexiyaya yollanacaq. Əks halda isə, Fabyan "Qarabağ"da qalacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçu “İnqolşdadt”, “Vizela” klublarının qapısını qoruyub. O, Xorvatiyanın U-19 yığmasının sabiq üzvüdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin