"Yeni Klinika"nın yeni direktoru Qalib İmanov KİMDİR? - DOSYE

Hazırda oxunan: "Yeni Klinika"nın yeni direktoru Qalib İmanov KİMDİR? - DOSYE

608849

"Yeni Klinika" tibb müəssisəsinin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.

Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib və bu məsul vəzifəyə tanınmış mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Qalib İmanov təyin olunub.

Qeyd edək ki, Qalib İmanov buna qədər sözügedən klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Hələlik TƏBİB rəsmi açıqlama verməsə də, qurumun yaxın vaxtlarda ətraflı məlumat yayacağı gözlənilir.

Bizim.Media “News365.az”a istinadla Qalib İmanovun dosyesini təqdim edir:

Qalib Gəncəvi oğlu İmanov 1974-cü il avqustun 8-də Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1991-ci ildə Zaqatala şəhərində orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.

1998-ci ildə ATU-nun "Müalicə-profilaktika" fakültəsini bitirib. 1998-1999-cu illərdə Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə interna keçib.

2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 50-yə yaxın elmi məqalənin müəllifidir.

Ukrayna və Türkiyənin (İstanbul və Bursa) aparıcı tibb mərkəzlərində invaziv kardiologiya və pediatrik kardiologiya üzrə uzunmüddətli kurslar keçib.

Qalib İmanov kardiologiyanın müxtəlif sahələrində zəngin təcrübəyə malikdir:

1999–2001: Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-reanimatoloq;

2001–2009: Mərkəzi Klinik Xəstəxanada kardioloq;

2009–2014: Mərkəzi Gömrük Hospitalında invaziv və pediatrik kardioloq;

2014-cü ildən: ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.

O, invaziv kardiologiya sahəsində mürəkkəb əməliyyatların, o cümlədən koronar angioqrafiya, angioplastika, kardiostimulyatorların implantasiyası və anadanqalma ürək qüsurlarının qapalı (invaziv) üsulla müalicəsində ixtisaslaşmış peşəkar həkimdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin