İsrail ordusu Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, qüvvələr şimal yaşayış məntəqələrinə birbaşa təhdidin qarşısını almaq məqsədilə ön müdafiə xəttinin cənubunda silahların aşkarlanması və “Hizbullah” infrastrukturunun məhv edilməsi istiqamətində fəaliyyət göstərir.
Bildirilib ki, dünən İsrail hərbçiləri “Hizbullah”ın elit Radvan xüsusi təyinatlı bölməsinin yaxın vaxtlarda İsrail ordusuna qarşı terror əməliyyatı həyata keçirməyi planlaşdıran üzvünü aşkarlayıblar.
Məlumata görə, həmin şəxs qısa müddət sonra təslim olub, saxlanılıb və daha sonra əlavə istintaq üçün aidiyyəti qurumlara təhvil verilib.
İsrail ordusunun mətbuat xidməti qeyd edib ki, silahlı şəxs bölgədə terror infrastrukturunun məhv edilməsinə yönəlmiş genişmiqyaslı əməliyyatlardan sonra təslim olub.
Bizim.Media







































































































