Senatorlardan Trampa ÇAĞIRIŞ: “İranda başladığın işi sona çatdır”

Hazırda oxunan: Senatorlardan Trampa ÇAĞIRIŞ: “İranda başladığın işi sona çatdır”

608817

ABŞ Konqresində bəzi senatorlar Prezident Donald Trampı İranla müharibəni davam etdirməyə çağırırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Respublikaçı senator Rocer Marşallın sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ “başlanmış işi başa çatdırmalıdır”.

Senator hesab edir ki, yanacağın bahalaşması səbəbindən amerikalı fermerlərin ciddi problemlərlə üzləşməsinə baxmayaraq, münaqişənin yenidən başlaması özünü doğrulda bilər.

Əks mövqedən çıxış edən demokrat senator Tina Smit isə bildirib ki, Yaxın Şərqdəki münaqişə seçicilər üçün genişmiqyaslı iqtisadi qeyri-müəyyənlik yaradır.

Xatırladaq ki, aprelin 16-da ABŞ Senatında Prezident Donald Trampın İrana yeni zərbələr endirilməsi barədə göstəriş verməsini qadağan edə biləcək qətnamə qəbul olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin