Neft Fondunun gəlirləri bu il 3,2 milyard manata yaxınlaşıb

Hazırda oxunan: Neft Fondunun gəlirləri bu il 3,2 milyard manata yaxınlaşıb

608912

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 541,5 milyon ABŞ dolları (125 020,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Fonddan bildirilib.

2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 180,0 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 803,1 milyon manat olub.
 

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 mlrd. 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 117,9 milyon manat olub.


Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 223,5 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin