Rəqəmlərin düşündürdüyü REALLIQ - 1 km yola nə qədər XƏRC çəkilir?

Hazırda oxunan: Rəqəmlərin düşündürdüyü REALLIQ - 1 km yola nə qədər XƏRC çəkilir?

608889

Azərbaycanda avtomobil yollarının tikintisi və təmiri üçün kifayət qədər maliyyə vəsaiti ayrılsa da, aparılan yoxlamalar bəzi nöqsanların mövcud olduğunu göstərir. Hesablama Palatasının açıqladığı məlumata əsasən, 2024-cü ildə 1 kilometr yol üçün orta xərcin 17 012 manat təşkil etməsi xərclərlə bağlı suallar doğurur.

Ümumiyyətlə 1 km yol çəkmək üçün bu məbləğ kifayət edirmi?

Yol tikintisi üzrə mütəxəssis Elşad Nuriyev Bizim.Media-ya məsələni belə açıqladı ki, yol çəkilməsinin dəyəri ərazinin mürəkkəbliyindən və coğrafi şəraitdən asılı olaraq dəyişir. Bu baxımdan, konkret rəqəm demək doğru sayılmaz.

“17 min manat böyük ehtimalla yalnız müəyyən növ işlərin, deyək ki, asfaltın qaşınması, bəzi yerlərə yamaq vurulması, ya da ən yaxşı halda sadə qəsəbə yollarının çəkilməsinə yetə bilər.  Yəni yeni yol tikintisi, yaxud əsaslı təmir üçün yetərli məbləğ deyil.

Çünki yolun çəkiliş xərci onun eni, qalınlığına və relyefə görə dəyişir. Dağlıq ya düzənlik ərazilər mövcuddur. Bundan başqa asfaltın çəkilişi köməkçi yaxud yollara görə də fərqlənir. Magistral yollarda asfalt qatı daha qalın olur”.

Mütəxəssis bildirdi ki, yol çəkilişi zamanı kanalizasiya xətlərinin qurulması, müxtəlif qazıntı işləri, istifadə olunan materiallar, ümumiyyətlə layihənin müddəti və bu vaxt ərzində işçi qüvvəsi – bütün bunlar ortaya fərqli qiymətlər çıxarır.

Qeyd edək ki, inkişaf etmiş Avropa ölkələrində 1 km yol milyonlarla avro tələb edir.

Konkret olaraq, dünyada ən keyfiyyətli, qalın, uzun illərə sinə gərən, möhkəm və səliqəli yollar Almaniyada  çəkilir.

Bu ölkə çox yüksək keyfiyyət standartları ilə ad qazanıb: ən sadə fəhləsi də mütəxəssisdir, başqa sözlə bahalı işçi qüvvəsi cəlb olunur. Orada sadə 2 zolaqlı yollar təxminən 1 km-ə görə 2-3 milyon, magistral yollar isə 5-10 milyon avro təşkil edir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin