Lənkəranda torpaq sürüşməsi yolu yararsız vəziyyətə saldı - FOTO

Hazırda oxunan: Lənkəranda torpaq sürüşməsi yolu yararsız vəziyyətə saldı - FOTO

608827

Lənkəran rayonunda 6 yaşayış məntəqəsini birləşdirən Hikan-Daşdatük-Biləsər avtomobil yolunda baş verən torpaq sürüşməsi vəziyyəti daha da ağırlaşdırıb.

Bizim.Media xəbər verir ki, sürüşmə sahəsi genişlənib, yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib.

Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb.

Hazırda yolun hər iki istiqaməti demək olar ki, istifadəyə yararsız hala düşdüyündən sürücülər həmin hissədən böyük çətinliklə keçirlər.

Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bildirib ki, ərazi nəzarət altındadır.

Qeyd olunub ki, yaxın günlərdə geoloji araşdırmalar aparıldıqdan sonra bərpa işləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.




Sabutay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin