Azərbaycan Ağsaqqallar Şurasının Qurultayı keçirilir

Hazırda oxunan: Azərbaycan Ağsaqqallar Şurasının Qurultayı keçirilir

608870

Aprelin 23-də Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən qurultay Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini səsləndirib.

Sonra qurultay öz işinə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin