Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) 2-ci dəfə Avropa çempionu olmağından danışıb.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında bu uğurlarla kifayətlənməyəcəyini deyib:
“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur.
Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:03 / 23.04.2026
Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO
Hazırda oxunan: Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO
Hazırda oxunan: Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO
608887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































