Donbasa Trampın adının verilməsinə Zelenskidən REAKSİYA

Hazırda oxunan: Donbasa Trampın adının verilməsinə Zelenskidən REAKSİYA

608911

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin guya Donbasın bir hissəsini ABŞ Prezidenti Donald Trampın şərəfinə “Donnilend” adlandırmağı təklif etməsi barədə məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Zelenskinin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar zamanı belə bir termin ümumiyyətlə istifadə olunmayıb.

“Danışıqlarım zamanı ‘Donetsk vilayəti’, ‘Luqansk vilayəti’, ‘bizim Donbas’ və ya ‘Ukrayna ərazisi’ ifadələrindən başqa heç bir termin işlədilməyib. Bunu təsdiqləyən sənədlər mövcuddur”, – deyə o bildirib.

Prezident vurğulayıb ki, əsas məsələ Donetsk və Luqansk vilayətlərinin Ukrayna ərazisi olaraq qalmasıdır və “Putinlend” kimi anlayışlara yol verilməməlidir.

Qeyd edək ki, aprelin 21-də “The New York Times” nəşri Ukrayna nümayəndələrinin ABŞ tərəfinə nəzarətdə olan Donbas ərazilərini “Donnilend” adlandırmağı təklif etdiyini yazmışdı.

Məlumata görə, Kiyev bu yolla Vaşinqtonu Rusiyaya qarşı təzyiqləri artırmağa təşviq etməyə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin