Üç gün əvvəl evlənmişdi... – Meyiti çayda tapıldı – FOTO

Hazırda oxunan: Üç gün əvvəl evlənmişdi... – Meyiti çayda tapıldı – FOTO

608895

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda üç gün əvvəl evlənən şəxsin meyiti çaydan tapılıb.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Kemalpaşa məhəlləsi ərazisində, boş torpaq sahələrinin yaxınlığından keçən Berdan çayında baş verib.

Məlumata görə, çayda hərəkətsiz vəziyyətdə olan şəxsi görən vətəndaşlar dərhal Təcili Yardım Xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn mütəxəssislər şəxsin həyatını itirdiyini müəyyən ediblər. İlkin araşdırmadan sonra meyit ekspertiza və şəxsiyyətinin dəqiqləşdirilməsi üçün morqa göndərilib.

Aparılan araşdırma nəticəsində mərhumun Tarsus Bələdiyyəsində təmizlik işçisi kimi çalışan 33 yaşlı Mehmet M. olduğu məlum olub.

Məlumata görə, Mehmet ötən bazar günü ailə həyatı qurub. Onun gödəkçəsi və ayaqqabıları hadisə yerinə yaxın körpüdə tapılıb. İlkin ehtimallara əsasən, hadisənin intihar olduğu qiymətləndirilir.

Mərhumdan geriyə 3 gün əvvəl evləndiyi həyat yoldaşı ilə çəkilmiş şəkli və dostlarına göndərdiyi toy dəvətnaməsi qalıb.

Faktla bağlı araşdırma davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin