Bakının bu ərazisinə 2 gündür su gəlmir – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakının bu ərazisinə 2 gündür su gəlmir – Rəsmi AÇIQLAMA

608906

Gənclik ərazisi, Atatürk prospekti, Kral Hüseyn küçəsinin sakinlərindən Bizim.Media-ya şikayət daxil olub.

Belə ki, sakinlər bildirirlər ki, artıq 2 gündür ki, su təminatıyla bağlı problem yaranıb  və yaşayış ünvanlarına su gəlmir. Onlar deyirlər ki, problemin nədən qaynaqlandığı və nə qədər davam edəcəyi barədə məlumatsızdırlar.

Bizim.Media məsələni aydınlaşdırmaq məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb:

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ünvanda su xəttində qəza baş verib.

“Gün ərzində qəza aradan qaldırıldıqdan sonra su təchizatı bərpa olunacaq”, - deyə açıqlamada qeyd edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin