Övladlarına nəzarət edə bilməyən valideynlər və ya onları əvəz edən şəxslər cəzalandırılacaq.
Bu barədə Moderator.az-a Milli Məclisdən məlumat verilib. Milli Məclisin bu gün keçiriləcək plenar iclasında İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunacaq.
İnzibati Xətalar Məcəlləsinin 51.1-ci maddəsinə; - “Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə -
xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda - altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.
51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda -
əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.".
236.2-ci maddənin sanksiyası daha da sərtləşdilərərk cərimənin həcmi yüz manat miqdarında müəyyən edilir.
297-ci maddənin sanksiyasında mövcud cərimə həddi 30 manatdan 50 manat həcminə qaldırılır.
307-ci maddənin sanksiyasının həcmi 50 manatdan 100 yüz manatadək qaldırlır.



































































































