Gürcüstandan Azərbaycana 433 mobil telefon keçirmək istədilər – Foto

Hazırda oxunan: Gürcüstandan Azərbaycana 433 mobil telefon keçirmək istədilər – Foto

645692

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya  Komitədən məlumat verilib.

Bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstandan Azərbaycana 433 mobil telefon keçirmək istədilər – Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin