Fərhad Davud oğlu Quliyev Kiyev Şəhər Hərbi Administrasiyası (KŞHA) rəisinin müavini vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi məlumat yayıb.
Qeyd edək ki, Fərhad Quliyev 18 may 1987-ci ildə Dneprdə anadan olub.
O, uzun müddət Ukraynada hüquqşünas kimi fəaliyyət göstərib. 2022-ci ildə müharibə başladıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.
Hərbi xidməti dövründə o, döyüş bölməsindəki sıravi əsgərlikdən Ukrayna Müdafiə Nazirliyində rəhbər vəzifələrə qədər yüksəlib.
Bizim.Media

































































































