Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin təqdimatı ilə parlamentin aşağı palatası tərəfindən yekdilliklə dəstəklənən Nazirlər Kabinetindəki kadr dəyişikliklərini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyası Hökumətinin yeni sədr müavinlərinin təyin edilməsi barədə fərmanlar imzalayıb.
Sənədlərə əsasən, Anton Siluanov Baş nazirin müavini — Maliyyə naziri vəzifəsinə təyin edilib.
Hökumət aparatının rəhbəri — Baş nazirin müavini postunu isə əvvəllər Maliyyə nazirinin birinci müavini işləmiş İrina Okladnikova tutub.
Primorye diyarının sabiq qubernatoru Oleq Kojemyako Baş nazirin müavini — Prezidentin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi olub.
Əvvəllər Nəqliyyat Nazirliyinə rəhbərlik edən Andrey Nikitin də Baş nazirin müavini vəzifəsinə təsdiqlənib.
Oktyabrın 21-də Baş nazir Mixail Mişustin tərəfindən təqdim edilən namizədliklər Dövlət Duması tərəfindən yekdilliklə qəbul olunub. Rotasiya çərçivəsində Dmitri Qriqorenko və Yuri Trutnev Nazirlər Kabinetindəki vəzifələrindən azad ediliblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:59 / 22.10.2026
Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ
Hazırda oxunan: Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ
Hazırda oxunan: Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ
643637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































