Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini təqdim etdi

Hazırda oxunan: Azərbaycanın Tacikistandakı yeni səfiri etimadnaməsini təqdim etdi

634862

Azərbaycanın Tacikistandakı səfiri Elxan Cahangir oğlu Qəhrəman sentyabrın 4-də etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalındakı məlumatda bildirilib.

Görüş zamanı nazir E.Qəhrəmanı Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin