Abşeron rayonu və Xırdalan şəhəri ərazisində içməli, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.
Belə ki, Xırdalanda 12/26 saylı KNS-də soft starter avadanlıqlarının yenilənməsi, Masazırdakı Qotur gölündə 12/26 saylı KNS-də nasos aqreqatlarının bərpası və idarəetmə panelinin yuxarı səviyyəyə qaldırılması və digər zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tapşırılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:16 / 28.04.2026
Xırdalan və Masazır sakinlərinin NƏZƏRİNƏ
Hazırda oxunan: Xırdalan və Masazır sakinlərinin NƏZƏRİNƏ
Hazırda oxunan: Xırdalan və Masazır sakinlərinin NƏZƏRİNƏ
609878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































