25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL/FOTO

Hazırda oxunan: 25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL/FOTO

608701

Martın 29-dan güclü qar səbəbindən bağlanan Quba-Alpan-Susay-Xınalıq yolu bu gün yenidən istifadəyə verilib.

Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin işçilərinin 25 günlük gərgin əməyi nəticəsində qarın hündür qalaqlar yaratdığı yol təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün tam açılıb.

Məlumatı Bizim.Media-ya Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin sahə rəisi Hüseynağa Xəlilov verib.
 

Onun sözlərinə görə, Xınalığa aparan alternativ yolun 25-ci kilometrindən 50-ci kilometrinədək olan hissəsi 25 gün ərzində böyük çətinliklə qardan təmizlənib.


Hüseynağa Xəlilov bildirib ki, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bu yolda gündə orta hesabla 1 kilometr məsafəni qardan təmizləmək mümkün olub.

“Bu gün yolu açdıq. Artıq sürücülər Quba-Alpan-Susay-Xınalıq yolundan maneəsiz istifadə edə bilərlər”, - deyə o vurğulayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin