Vaşinqton Bağdada qarşı sərt maliyyə addımı atıb.
Bizim.Media xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ İraqa göndərilməsi nəzərdə tutulan təxminən 500 milyon dollar nağd vəsaitin çatdırılmasını dayandırıb.
Məlumata əsasən, Donald Tramp administrasiyası bununla yanaşı İraqla təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarını da dondurub.
Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesabdan – İraqın neft satışından əldə olunan gəlirlər hesabına formalaşan vəsaitlərin daşınmasını son anda bloklayıb.
Bu qərarın arxasında isə İraqda fəaliyyət göstərən və İranla əlaqələndirilən silahlı qruplaşmaların yaratdığı risklər dayanır.
Vaşinqtonun əsas məqsədi Bağdadı həmin proiran hərbi dəstələri buraxmağa məcbur etməkdir. ABŞ rəsmiləri hesab edir ki, bu qüvvələr ölkənin təhlükəsizlik balansını poza və regionda gərginliyi daha da artıra bilər. (Musavat.com)
Bizim.Media

































































































