Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

608735

Prezidenti İlham Əliyev bildirib ki, Latviya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq", - paylaşımda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin