İsrail ordusu Tayri şəhərinə ikinci hava hücumundan sonra Livanın cənubunda yaralı jurnalistlərə girişi bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Livan xəbər agentliyi NNA məlumat yayıb.
"Düşmən qüvvələri iki jurnalistin olduğu ərazini mühasirəyə alıb və xilasedicilərin onlara çatmasına mane olurlar", - məlumatda qeyd olunub.
Agentliyin məlumatına görə, Tayri şəhərinə yaşayış məntəqəsinə edilən hücumda iki Livan müxbiri yaralanıb. Onların vəziyyəti barədə heç nə açıqlanmayıb. Xəsarət alanlar hadisə yerində qalıblar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:55 / 22.04.2026
Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur
Hazırda oxunan: Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur
Hazırda oxunan: Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur
608746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































