Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

608736

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braze ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi "X" hesabında məlumat yayıb.
 

Qeyd edilib ki, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.


Görüş çərçivəsində Azərbaycan və Latviya XİN-ləri arasında konsulluq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd hər iki ölkə vətəndaşları üçün konsulluq əməkdaşlığının və xidmətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin